“KIKO Milano” yeni “Summer Festival Glow” kolleksiyasını təqdim etdi

“Retail Group Azerbaijan” tərəfindən Azərbaycanda təqdim olunan “KIKO Milano” öz yeni “Summer Festival Glow” kolleksiyasını təqdim edib.
Tədbir “Dəniz Mall”-da yerləşən ilk “KIKO Milano” mağazasında baş tutub. Tədbirdə gözəllik industriyasının profesionalları və gözəllik həvəskarları iştirak ediblər.
“KIKO Milano” müxtəlif obraz yaratmaq üçün geniş çeşiddə kosmetika təqdim edir və müştəriləri hər zaman yeni gözəllik məhsullarının ən geniş seçimini sınamağa dəvət edir.