“ISR Holding”in rəsmi tərəfdaşı olan “BYD” şirkəti ilə görüş keçirib

“ISR Holding”in baş icraçı direktoru Rauf Xəlilov və “ISR Auto” şirkətinin baş direktoru Akihisa Endi Vatanabe holdinqin uzunmüddətli tərəfdaşı olan “BYD” şirkətinin Rotterdamda yerləşən baş ofisində görüş keçiriblər. Görüş zamanı ölkədə elektriklə işləyən avtobusların və minik avtomobillərin gələcək təşviqi müzakirə olunub.

Dünyanın ən sürətlə inkişaf edən avtomobil şirkətlərindən biri olan “BYD” Azərbaycanda “ISR Holdinq”in bir hissəsi olan “Electrify Azerbaijan” şirkəti tərəfindən təqdim olunur.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk elektrik avtobusun BNA-ya təqdimatı artıq baş tutub. Sözügedən 100% elektriklə işləyən avtobusun təhvili 2023-cü ilin mart ayına planlaşdırılıb.