Bakıda ilk dəfə – 100% elektriklə işləyən “BYD” avtobusu!

Dünya şöhrətli və dünyanın ən sürətlə inkişaf edən avtomobil şirkətlərindən biri olan “BYD” Azərbaycanda “ISR Holdinq”in qanadı altında “Electrify Azərbaycan” şirkəti ilə təmsil olunur. Çinin ən böyük yüksək texnologiyalı və avtomobil brendlərindən biri kimi “BYD” artıq özünü etibarlı, təhlükəsiz və dəbdəbəli avtomobil istehsalçısı, eləcə də elektronika, alternativ enerji, hibrid və elektrik nəqliyyat vasitələri sahəsində qabaqcıl tərtibatçı kimi təsdiqləyib. “BYD” elektrik avtobuslarını artıq London, Amsterdam kimi bəzi böyük Avropa şəhərlərində, həmçinin Macarıstan və Almaniyanın bəzi şəhərlərində də görmək olar. Eko-nəqliyyatın inkişafı və istehsalı şirkətin əsas istiqamətlərindən biridir. Məlum olduğu kimi, ekoloji təmiz nəqliyyat məsələləri ölkəmiz üçün çox aktualdır və Azərbaycan “Paris Sazişi”nə əsasən 2030-cu ilə qədər İXQ emissiyalarını 35% azaltmağı öhdəsinə götürüb. Beləliklə, ilk dəfə olaraq Bakı küçələrində yeni 100% elektriklə işləyən sıfır emissiyalı “BYD” avtobusu peyda olacaq. 80 nəfərdən çox tutumu olan bu müasir avtobus həm vətəndaşların keyfiyyətli daşınmasını təmin etməyə, həm də təzə dizaynı ilə paytaxtın mənzərəsinə parlaq rənglər qatmağa imkan verəcək.
Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding