“ISR Holding”-in əməkdaşı “Cenomi Group” Özbəkistanda fəaliyyətinə başlayır

“ISR Holding”-in baş direktoru Rauf Xəlilov və “Cenomi Group” region üzrə direktoru Zara Decht Hamou aprelin 27-də keçirilən Daşkənd Beynəlxalq İnvestisiya Forumu 2023-də iştirak ediblər.

"Turizm və pərəkəndə satış: çağırışlar və imkanlar” panel sessiyasında iştirak edən iştirakçılar sənayenin cari vəziyyətini, inkişaf imkanlarını və gələcək əməkdaşlıq planlarını müzakirə ediblər.

Forum çərçivəsində “Cenomi Group” və “Tashkent City Mall” arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Müqavilənin imzalanması ölkədə moda pərakəndə satış sənayəsinin inkişafına yeni təkan verəcək və biznesin gələcək inkişafı istiqamətində mühüm addım kimi çıxış edəcək.

“Cenomi Group” moda pərakəndə satış sənayə bazarının liderlərinin biri olarag fəaliyyət dairəsini genişləndirərək artıq Özbəkistanın “Tashkent City Mall”-da da təmsil olunacaq. “ISR Holding” və “Cenomi Group” arasında mükəmməl sintezi ən böyük moda pərakəndə satış təcrübəsi və yerli bazar haqqında ən yaxşı biliklərin birgə tətbiqin ən yaxşı nümunəsidir. “Cenomi Group” hazırda Zara, Bershka, Charles&Keith, Aldo, Massimo Dutti, Oysho, Kiko kimi 25-dən çox məşhur dünya brendini təmsil edir.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding