“Costa Coffee” – açılışa son günlər qaldı!

Yarım əsrlik tarixə malik beynəlxalq kofe şəbəkəsi “Costa Coffee”nin açılışına sayılan günlər qaldı. Yaxın günlərdə şəhərimizin işgüzar həyatının mərkəzlərindən biri olan “Globus Center”də ilk “Costa Coffee” öz qapılarını kofe həvəskarları üçün açacaq.

Açılışdan öncə “ISR Holding”in baş direktoru Rauf Xəlilov Londonda yerləşən “Costa Coffee”nin baş ofisində şirkətin Avropa və “MENA” üzrə icraçı direktoru Qordon Movat ilə görüşüb. Görüş zamanı gələcək əməkdaşlıq və brendin ölkədə genişlənməsi müzakirə olunub.
Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding