İtalyan hiti “KIKO Milano” artıq “Dəniz Mall”da!

Açılış mərasimində VIP qonaqlar Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Dr. Hamad A.S. Xudair və “İSR Holdinq”in baş direktoru cənab Rauf Xəlilov “RGA Alhokair” şirkətinin ölkə direktoru Zara Decht Hamou ilə birlikdə açılışı lenti kəsməklə başladılar. “KIKO Milano” məftunedici axşamdan, sadə hər günə qədər istənilən görünüş yaratmaq üçün geniş çeşiddə kosmetika təqdim edir. Dünyanın incəsənət, moda və dizayn beşiyi olan Milanın atmosferindən və ənənəsindən ilham alaraq, “KIKO” ən son tendensiyaları özündə birləşdirir və onları bütün dünyadakı qadınlara çatdırır. Keyfiyyət və yaradıcılığı - əsl italyan zəkasını - qlobal ideyalar və həllər ilə məharətlə birləşdirir.

1997-ci ildə İtaliyada qurulan şirkətin 20 ölkədə 950-dən çox mağazası var və geniş çeşiddə rəngli kosmetika, gözəllik aksesuarları və dəriyə qulluq məhsulları təklif edir. Azərbaycanda brend “Alhokair Fashion Retail” şirkəti ilə birgə “Retail Group Azerbaijan” şirkəti tərəfindən təmsil olunur.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding