Peugeot ”Nargiz city” layihəsində

“Port Baku Mall”da artıq ənənəyə çevrilən “Gingerbread” ekspozisiyası öz işinə start verib. “NARGIS” jurnalının onuncu ildönümünə təsadüf edən layihə bu il zəncəfil şirniyyatlarından hazırlanan şəhərcik konsepsiyasiyası üzərində qurulub.

Layihənin məqsədi yeni il ərəfəsində həm uşaqlara, həm də böyüklərə xoş əhval-ruhiyyə bəxş etməkdir. Zəncəfil şirniyyatlarından hazırlanan ekspozisiyasını ziyarət edən qonaqlar nağıl şəhərciyinin gözəlliyindən həzz almaq imkanı əldə edəcəklər.

“Nargis City”də Bakının əsas görməli yerləri ilə yanaşı liman, metro, dəmir yolu, bank, məktəb və digər obyektlər yerini tutur. Azərbaycanda "Peugeot" brendin rəsmi nümayəndəliyi isə bu şəhərciyin avtosalonu şəklində təqdim olunub. Zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin yaradılmasında ölkənin ən istedadlı şirniyyatçıları iştirak edir.

Ekspozisiyada təqdim olunan QR kod vasitəsilə Peugeot haqqında daha ətraflı məlumat almaq mümkündür.

Sərgi 15 yanvar tarixinədək davam edəcək.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding