“Radisson Hotel Baku” biznes, istirahət və uzun müddət paytaxtımızda qalmağa planlaşdıran qonaqlar üçün Skandinaviya üslubunda yeni təmir edilmiş “Superior” və “Junior” otaqları da daxil olmaqla 255 dəbli otaqdan ibarətdir. Uzun müddət qalan qonaqlar və böyük ailələr üçün otel mətbəx, terras və qonaqların səyahət etdiyi zaman axtardıqları bütün ev rahatlığını özündə geniş şəkildə əks göstərən “Studio” və “Apartment” otaqlarını təklif edir. Bütün otaqlar panoramik mənzərələr, rahat atmosfer, dəbli dizayn və kofe maşınları, pulsuz yüksək sürətli internet və 24 saat otaq xidməti kimi müasir şəraitlərə malikdilər.
Otelə daxil olarkən qonaqlar təmir edilmiş yeni, müasir lobbi sahəsi və “Lagom” restoran və barı ilə tanış ola bilərlər. Günün 24 saat fəaliyyət göstərən “Lagom” restoranı yerli məhsullarla hazırlanmış beynəlxalq menyu, eləcə də müasir tərzdə təqdim olunan Azərbaycan milli mətbəxinin yeməklərini də təqdim edir. “Lagom” restoranı qonaqlara yerli mədəni ənənələri, rahat atmosfer, komfortlu məkan və müstəsna xidmət təcrübəsi təklif edir.
Antuan Moubarak, Türkiyə, Gürcüstan, Azərbaycan və Şərqi Avropa üzrə regional direktoru.
“Biz “Radisson Hotel Baku”-nun açılışı ilə “Radisson Hotel Group”-un Azərbaycanda ilk “Radisson” brendli məkanını açmaqdan və brendimizi Bakıya təqdim etməkdən çox şadıq. Otelin güclü xidmət standartları və qlobal təcrübəmiz Bakıya səyahət etmək və şəhərin zəngin tarixi ilə tanış olmaq istəyən qonaqlara güclü dəyər verəcək”.
Nadine Fernbacher, otelin baş meneceri.
“Odlar diyarının paytaxtı Bakının mərkəzində yerləşən yeni ilk “Radisson” otelin qapılarını yenidən açdığımız üçün çox həyəcanlıyıq. Komandamız qonaqlarımızı “Radisson”-un imzası olan Skandinaviya qonaqpərvərliyi ilə qarşılamağı və onlara xidmət etməyi səbirsizliklə gözləyir”.
“Radisson Hotel Group”, doqquz fərqli otel brendinə malik və 120 ölkədə 1700-dən çox fəaliyyət göstərən və inkişaf edən dünyanın ən böyük otel qruplarından biridir. “Radisson Hotel Group” “EMEA” və “APAC”-da fəaliyyət göstərən və inkişaf etdirilən 1100-dən çox otel biznesi idarə edir. Beynəlxalq otel qrupu portfoliosunu əhəmiyyətli dərəcədə artırmaq məqsədi ilə sürətlə böyüyür. Brendin əsas şüarı olan “Yes I Can!” imzası ilə “Every Moment Matters” xidmət etikasını üstün tutur.