ISR HOLDING

Struktur

İsgəndər Xəlilov

Təsisçi

İsgəndər Xəlilov yerli və beynəlxalq bazarlarda biznesin müxtəlif sahələrində təcrübəyə malikdir. Əlamətdar şəxsi keyfiyyətlər, təkmilləşmə və tərəqqi üçün yorulmadan göstərdiyi səylər İskəndər Xəlilova bu gün Azərbaycanın özəl sektorunda ən böyüklərdən biri kimi tanınan struktur yaratmağa kömək etdi. İskəndər Xəlilov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib, həmçinin o, Moskva Hüquq Akademiyasından bakalavr dərəcəsinə malikdir. 1980-ci illərin ortalarında İskəndər Xəlilov müxtəlif fəaliyyətlərdə öz şəxsi biznesinə başlamışdır.

Rauf Xəlilov

Baş İcraçı Direktor

Rauf Xəlilov Luqano (İsveçrə) Franklin Kollecində Beynəlxalq Münasibətlər üzrə bakalavr dərəcəsinə malikdir. “Finansbank”da iş təcrübəsindən sonra o, ISR ailə daşıma biznesini qurmağa kömək edib və “Glencore”da  çalışıb.

2007-ci ildə Rauf Xəlilov Azərbaycandakı ailə biznesinə qoşulub və orada holdinqin tərkibində avtomobil bölməsində çalışıb. 2010-cu ildə o, Azərbaycanda COSCO və CMA CGM-ni təmsil edən öz yük maşınlarından ibarət logistika şirkəti yaradıb və bu gün bu şirkət “ISR Holdinq”in strukturuna inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. 2011-ci ildə “Fawaz Al Hokair” ilə əməkdaşlıq çərçivəsində “Massimo Dutti”, “Zara”, “Bershka”, “Stradivarius” və digərləri kimi 35-dən çox brendi 600-dən çox işçisi ilə təmsil edən “Retail Group Azerbaijan” şirkətini təsis edib.

İDARƏ HEYƏTİ

Akihisa Endi Vatanabe

Baş Əməliyyat Direktoru

“ISR AVTO”-nun baş direktorudur və 2015-ci ilin yanvar ayından ISR Holdinqin Avtomobil Departamentindəki şirkətlərə nəzarət edir. 1981-ci ildə Kaliforniyanın Torrance şəhərində anadan olub. 2004-cü ildə Yaponiyanın Tokio şəhərindəki “Keio” Universitetini bitirdikdən sonra avtomobil sektorunda distribyutor və dilerlərin idarə edilməsində 17 illik təcrübə qazanıb.
Onun “Toyota Qrup”un ümumi ticarət şirkəti olan “Toyota Tsusho” Korporasiyasının Avtomobil Bölməsindəki təcrübəsinə Ekvadorda Toyota distribyutorunun birləşdirilməsinin texniki-iqtisadi əsaslandırılması, Macarıstanda “Toyota Motor” Prezidentinin köməkçisi, şirkətin Qafqaz və Mərkəzi Asiya regionunda distribyutor və dilerlərinin daxili auditoru kimi ölkə üzrə menecer, “Toyota Qafqaz və Mərkəzi Asiya” üzrə Satış və Satış sonrası xidmətlər üzrə Direktor kimi vəzifələr daxildir.
O, bu şirkətlərdə satış və satış sonrası xidmətlər, marketinq, müştəri əlaqələri, maliyyə və mühasibat uçotu və İnsan Resursları daxil olmaqla ümumi əməliyyatlar və idarəçilik üzrə məsul şəxs idi.

Tariyel Rüstəmov

Baş Maliyyə Direktoru

2016-cı ilin aprel ayından “ISR Holdinq”in maliyyə direktorudur. Tariyel 1981-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Ailəlidir, iki uşaq atasıdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri aldıqdan sonra Tariyel audit, mühasibat uçotu, maliyyə hesabatları və menecment sahələrində 17 illik peşəkar təcrübə qazanmışdır.
Tariyel Amerika Birləşmiş Ştatlarının Dövlət Mühasibatlıq Şurası Milli Assosiasiyasının (NASBA) Sertifikatlaşdırılmış Dövlət Mühasibidir (CPA). O, həmçinin idarəetməyə yönəlmiş beynəlxalq peşəkar birlik olan İnformasiya Sistemlərinin Auditi və Nəzarəti Assosiasiyasının (ISACA) Sertifikatlaşdırılmış İnformasiya Sistemləri Auditorudur (CISA).
Peşəkar karyerasına BP, SOCAR, Bakı Tiflis Ceyhan Boru Kəməri Şirkəti (BTC), Cənubi Qafqaz Boru Kəməri Şirkəti (SCPC), Bakcell LTD, Azerfon MMC  və başqa Texnologiya və Rabitə, Neft və Qaz sənayelərində müştərilərə xidmət göstərən beynəlxalq audit şirkəti olan Ernst and Young (EY) ilə başlayıb.

Fərhad Səttarov

Baş Hüquq Müvəkkili

“ISR Management” MMC-nin hüquqi məsələlər üzrə direktoru və “Hilton Hotel Baku”nun sahibi olan “ISR Kapital Investments MMC”-nin direktoru. 1974-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini və Qərb Universitetini bitirdikdən sonra, 2000-2008-ci illərdə “VES Consulting” şirkətində Hüquq Məsələləri üzrə Direktor vəzifəsində çalışıb. 2003-2004-cü illərdə LSE-nin Londonda təşkil etdiyi təcrübə və staj proqramlarında iştirak etmişdir.
2008-ci ildə “ISR Holdinq”ə qoşulmuşdur. Fərhad 20 ildən artıq peşəkar təcrübəyə malik, əsasən vergi, əmək və transsərhəd biznes məsələləri üzrə ixtisaslaşmış, təcrübəli korporativ və kommersiya hüquqşünasıdır. Fərhad beynəlxalq, yerli və dövlət qurumlarının iştirakı ilə müxtəlif investisiya və istehsal layihələrində çoxsaylı lazımi təftiş yoxlamaları aparıb.