İlk “Zəfər” turniri öz işini böyük uğurla tamamladı

6-8 oktyabr tarixlərində “Dreamland Golf Club”da ilk “Zəfər” turniri baş tutdu. İki gün davam edən turnirdə Azərbaycan və Türkiyədən 70-dən çox idmançı iştirak edib.

Təntənəli açılış mərasimində rəsmi qonaqlar, idmançılar və turnirin tərəfdaşları iştirak ediblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi müavini Mariana Vasileva öz beynəlxalq arenada idmançılığın və dostluğun əhəmiyyətini vurğuladı.

Daha sonra Azərbaycan Qolf Federasiyasının prezidenti və “ISR Holding”in baş direktoru Rauf Xəlilov səhnəyə çıxaraq bu tədbiri keçirdməkdən və iki xalq arasında qolf oyunu vasitəsilə əlaqələri gücləndirməkdən məmnun olduğunu bildirib.

Türkiyə Qolf Federasiyasının prezidenti İldırım Dəmirörən öz çıxışında Türkiyə ilə Azərbaycan arasında çoxillik dostluq əlaqələrini vurğuladı.

Dostluq və əməkdaşlıq rəmzi olaraq Rauf Xəlilov və İldırım Dəmirörən bir-birlərinə xatirə hədiyyələri təqdim edərək, iki federasiya arasında əlaqələri möhkəmləndirdilər.

Bu turnir 2-ci Qarabağ müharibəsinin qələbəsinə və Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinə həsr olunub. Bu, iki ölkə arasında təkcə idman sahəsində deyil, həm də ortaq tarixi və dəyərlərinin möhkəm bağını sübut edir.

Turnir “Peugeot Azerbaijan”, “Lexus Baku” və “Baku Roses” kimi brendlərin dəstəyi ilə keçirilib.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding