Görüş zamanı “ISR Holding”in maliyyə direktoru Tariyel Rüstəmov və qrup maliyyə nəzarətçisi və “1C” layihə rəhbəri Hilola Kalandarova iştirakçılara “1C Enterprise” platformasının funksional imkanlarını təqdim ediblər və proqramın praktiki istifadəsi ilə bağlı məlumat veriblər.
“1C” sistemi biznesin idarə edilməsində rahat həllər tapmaq üçün istifadə edilən etibarlı platformadır. Hazırda həm dünyada, həm də ölkəmizdə informasiyanın toplanması və təhlili məsələləri çox aktualdır. “ISR Holding” proqramın Azərbaycanda rəsmi distribütorlarından biri olaraq “1C” platformasının quraşdırılmasında yüksək səviyyəli xidmət göstərir. Platforma artıq "Hilton Baku", "FoodCity", "BCC" və digər şirkətlərin sisteminə uğurla inteqrasiya olunub.