#SACCI-nin Strateji Əməliyyatlar Komitəsinin həmsədri Rauf Xəlilov Azərbaycan-İsveçrə Biznes Forumunda iştirak edib

Dekabrın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan-İsveçrə Biznes Forumu keçirilib.

Tədbir Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, İsveçrənin Azərbaycandakı səfiri Ervin Bollinqerin, İsveçrə Konfederasiyasının Azərbaycandakı və Türkmənistandakı səfiri Muriel Peneveyrenin, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) prezidenti Klod Haegi və digər dəyərli qonağların iştiraki ilə keçirilib.

Görüşdə İsveçrə-Azərbaycan strateji əlaqələrinin inkişafı ilə bağlı gələcək planlar müzakirə olunub.

Tədbirdə #SACCI-nin Strateji Əməliyyatlar Komitəsinin həmsədri Rauf Xəlilov da iştirak edib. Öz çıxışında o bütün təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib və qeyd edib ki, 30 illik diplomatik münasibətlər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələr daxil olmaqla, geniş spektrdə dostluq əlaqələri inkişaf edib. Hökumətlərimiz müxtəlif qurumlarla səmərəli dialoq qurub və ən yüksək səviyyədə uğurla əməkdaşlığı davam etdirir. O, həmçinin qeyd edib ki, Azərbaycanın və İsveçrənin turizm, kənd təsərrüfatı, sənaye, “İKT”, alternativ enerji, səhiyyə və digər sektorlarında çalışan şirkətləri cəlb etmək üçün imkanlar yaradacaq və güclü ekoloji platformanın təşviqini davam etdirəcək.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding