“Park Inn by Radisson” yenidən “Forbes” siyahısında

“Park Inn by Radisson Hotels” “Forbes” nəşrinin qlobal qiymətləndirilməsində “Travel & Leisure” (səyahət və istirahət) kateqoriyasında iki il ardıcıl olaraq “Best Employer” (ən yaxşı işəgötürən) reytinqində 4-cü, bütün sənayelər üzrə reytinqdə isə 129-cu yerə layiq görüldü. Bununla da hotellər şəbəkəsi dünyanın ən yaxşı 3 mehmanxana şirkətindən biri olaraq qonaqların və sahibkarların güvən etdiyi brendə çevrilib.
“Park Inn by Radisson” dünyanın müxtəlif nöqtələrində səyahətçilər üçün ən münasib şərait - stresssiz qonaqlama, yüksək keyfiyyətli qida və ən komfortlu yaşayış təmin edən hotel brendidir.
Azərbaycanda “ISR Holdinq” tərəfindən təmsil olunan “Park Inn by Radisson” Bakının biznes və əyləncə həyatının mərkəzində yerləşərək paytaxt qonaqlarına şəhər və Xəzər dənizi mənzərəli 255 otaq təklif edir.
Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding