Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib

Fevralın 10-da Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib. İclasda Gənclər və İdman Naziri Fərid Qayıbov və federasiyanın üzvləri iştirak ediblər.

Səsvermə nəticəsində Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. İclasda Anar Əzimov federasiyanın vitse-prezidenti, Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov idarə heyətinin üzvləri seçiliblər.

Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov ona göstərilən etimada görə Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və iştirakçılara öz təşəkkürünü bildirib, bu idman növünün inkişafı üçün görüləcək işlərlə bağlı fikirlərini və gələcək planlarını bildirib.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding