Sözügedən kampaniya çərçivəsində holdinqin bir sıra şirkətləri də bu problemin işiqlandırılmasına öz dəstəyini göstəriblər. Belə ki, ölkəmizdə “Retail Group Azerbaijan” tərəfindən təmsil olunan Zara, ALDO, La Vien Rose və s. kimi tanınmış mağazalarının əməkdaşları bütün ay ərzində süd vəzi xərçəngi ilə mübarizə kampaniyasının rəsmi simvolu olan çəhrayı lentləri öz üzərlərində daşıyıblar. Bundan əlavə, müştərilərin diqqətini cəlb etmək üçün mağazalarda xəstəlik haqqında ümumi məlumatlar yerləşdirilmişdir.
Şəhərin ən dəbdəbəli otellərindən biri olan “Hilton Baku” da aksiyada iştirak edib. Belə ki, burada da hotel işçiləri süd vəzi xərçəngi ilə mübarizə aparan bütün güclü qadınlara öz dəstəyini çəhrayı lent taxmaqla göstəriblər.
Erkən diaqnostika həyatları xilas edir!