“Costa Coffee” artıq Azərbaycanda!

Dünyada tanınmış “Costa Coffee” kofe şəbəkəsi artıq Azərbaycandadır!

Yarım əsrlik tarixə malik dünyaca məşhur Britaniya brendi “Costa Coffee” nəhayət ki Azərbaycanda fəaliyyətinə başlayır.

Azərbaycanda brendin françayzinq sahibləri qismində “Moonwake” investisiya şirkəti ilə birlikdə “ISR Holding” çıxış edirlər. 3 noyabr ISR şirkətlər qrupunun direktoru Rauf Xəlilov və “Costa Coffee” şirkətinin Avropa və Yaxın Şərq üzrə icraçı direktoru Qordon Movat əməkdaşlıq müqavilə imzalayıblar.

Şirkət 5 il ərzində Azərbaycanda öz şəbəkəsini 30 kofe məkanına qədər genişləndirməyi və 200-dən çox insanı işlə təmin etməyi planlaşdırır. İlk məkan Bakının dəbdəbəli ticarət mərkəzlərindən birində “Port Baku Mall”da açılacaq. Həmçinin 2023-cü ilin yazında Bakının “Dəniz Mall”, “Nərgiz Mall” və “Gənclik Mall” kimi böyük üç ticarət mərkəzlərində kofesevənləri sevindirəcək.

“Costa Coffee” 1971-ci ildə Britaniyada italyan əsilli Sergio və Bruno Costa qardaşları tərəfindən əsası qoyulmuş beynəlxalq kofe satışı brendi və qlobal kofe şəbəkəsidir. İtalyan ənənəsi və Britaniyanın texnologiyası “Costa Coffee”ni dünya üzrə biznes rəqabətində üstünlük verir. Hazırda “Costa Coffee” 30-dan çox ölkədə mövcuddur və bütün dünyada 5000-dən çox kofe məkanları fəaliyyət göstərir.

“ISR Holding” şirkətinin direktoru ​​Rauf Khalilov və “Costa Coffee” Avropa və Yaxın Şərq ölkələrin icraçı direktoru Qordon Movat
Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding