“Costa Coffee” artıq Bakıda!

Dünyaca məşhur kofe brendi “Costa Coffee” nəhayət ki, öz qapılarını kofe həvəskarları üçün açdı!

Uzun tarixə sahib olan brendin ilk filialı Bakının məşhur biznes mərkəzlərinin birində - “Globus Center”də açıldı. Təntənəli açılış mərasimi brend nümayəndələrinin və çoxsaylı dəvət olunmuş qonaqların iştirakı ilə keçirilib.

Açılış mərasimində “ISR Holding” şirkətlər qrupunun baş direktoru Rauf Xəlilov, “Emena Retail Costa Coffee” şirkətinin marketinq şöbəsinin rəhbəri Louise Bray və “Costa Coffee” şirkətinin françayzinq şöbəsinin rəhbəri Ceymi Avdrin çıxış edərək, bütün qonaqlara təşəkkürünü bildirib və brendin tarixi haqqında ətraflı məlumat veriblər.

Tədbir zamanı qonaqlar “Сosta Coffee”nın xüsusi şirniyyatlarından və ətirli kofe içkilərindən dadıblar. Bununla yanaşı, qonaqlar peşəkar baristanın köməkliyi ilə süd köpüyü ilə qəhvə üzərində naxışlar ustad dərsində iştirak etdilər.

Şirkət 5 il ərzində Azərbaycanda öz şəbəkəsini 30 kofe filialına qədər genişləndirməyi və 200-dən çox insanı işlə təmin etməyi planlaşdırır. Həmçinin “Dəniz Mall”, “Nərgiz Mall” və “Gənclik Mall” kimi böyük üç ticarət mərkəzlərində “Costa Coffee” filialların açılması planlaşdırılır.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding