“Peugeot” Azərbaycan qolf turnirinin sponsorudur

“Peugeot Azerbaijan” şirkəti Azərbaycan Qolf Federasiyasının təşkili və Gənclər və İdman Nazirliyi dəstəyi ilə “DreamLand Golf Club” da keçirilən ilk “Səfirliklər arasında qolf turniri”nin sponsoru qismində çıxış edib.

Azərbaycan Qolf Federasiyanın Prezidenti Rauf Xəlilovun salamlama nitqi ilə başlayan turnir Gənclər və İdman naziri Fərid Qayıbovun çıxışı ilə davam edib. Tədbirin sonunda qaliblər Federasiyanın prezidenti, vitse-prezidenti və cənab nazir tərəfindən mükafatlandırılıblar.

Xarici ölkələrin Azərbaycandakı rəsmilərinin iştirakı ilə keçirilən turnir zamanı “Peugeot” brendinin 2 modeli – tam elektrik e-2008 və elegant 5008 qonaqların diqqətinə təqdim olunub.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding