“SARDA Group” və Azərbaycan Respublikasının İqtisadiyyat naziri arasında görüş

20 fevral tarixində “BYD” brendinin nümayəndələri, onların yerli tərəfdaşları olan “SARDA Group” şirkətlər qrupu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, “SARDA Group”un təsisçisi və baş icraçı direktoru cənab Rauf Xəlilov, “BYD” şirkətinin mərkəzi Asiya üzrə baş direktor müavini cənab İvan Cao və brendin və dövlət qurumlarının bir sıra nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı tərəflər əməkdaşlıq sahələrini, birgə layihələrin həyata keçirilməsini və ekoloji təmiz texnologiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding