İlk 100% elektrik “BYD” avtobusu artıq Bakıda

İlk sıfır emissiyalı tam elektriklə işləyən “BYD” avtobusu brendin ölkədəki rəsmi distribyutoru olan “Electrify Azerbaijan” şirkəti tərəfindən təqdim olunub.

Məlum olduğu kimi, ekoloji təmiz nəqliyyat məsələləri ölkəmiz üçün çox aktualdır. Hökümət və cənab Prezidentin özü bu layihılıri dıstəkləyirlər. Beləliklə Azərbaycan Paris Sazişinə əsasən 2030-cu ilə qədər İXQ emissiyalarını 35% azaltmağı öhdəsini götürüb.

“Electrify Azerbaijan” şirkətinin təsisçisi Rauf Xəlilov:

“Mən bir sahibkar və vətandaş kimi ölkəmizdə yaşıl sənayenin inkişafı üçün yaradılan münbit şəraitə, eləcə də biznes üçün bu sahədə açılmış yeni imkanlara görə şəxsən cənab Prezidentə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bu əvəzsiz dəstək sayəsində biz bu gün ilk tam elektrik “BYD” avtobusunu təqdim etməkdən qürur duyuruq və əminik ki, gələcəkdə Azərbaycanın yaşıl infrakstrukturun öz töhfəmizi verə biləcəyik.”

“Electify Azerbaijan” yüksək texnologiyalı avtomobil markası “BYD”, “Luobinsen EV” və digər markaların şarj vihazlarının rəsmi nümayəndəsi olarag, enerji doldurma qurğularının tətbiqindən və “PHEV”-lərin tədərükündən başlayaraq bütün səviyyələrdə mobilliyin elektrikləşdirməsinin təmin edilməsini əhatə edir. Həmçinin yaxın 3-5 ildə doldurma məntəqələrinin sayını 30-a çatdırılma və yerli toplanma məntəqəsinin yaradılması nəzərdə tutulur.

Yüksək texnologiya və avtomobil brendlərindən biri “BYD” artıq özünü hibrid və elektrik nəqliyyat vasitələr sahəsində qabaqcıl tərtibatçı kimi təsdiqləyib. Eko-nəqliyyatın inkişafı və istehsalı şirkətin əsas istiqamətlərindən biridir.

İlk elektrik avtobusu sınaq məqsədilə alınıb. 12 metr uzunluğunda avtobus 33 sərnişin oturacağına malikdir və avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Bu avtobus müasir sərnişindaşımanın bütün tələblərinə cavab verir.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding