İlk 100% elektrik “BYD” avtobusu artıq Bakıda

İlk sıfır emissiyalı tam elektriklə işləyən “BYD” avtobusu brendin ölkədəki rəsmi distribyutoru olan “Electrify Azerbaijan” şirkəti tərəfindən təqdim olunub.

Məlum olduğu kimi, ekoloji təmiz nəqliyyat məsələləri ölkəmiz üçün çox aktualdır. Hökümət və cənab Prezidentin özü bu layihılıri dıstəkləyirlər. Beləliklə Azərbaycan Paris Sazişinə əsasən 2030-cu ilə qədər İXQ emissiyalarını 35% azaltmağı öhdəsini götürüb.