ISR HOLDING

Month: Sentyabr 2022

Rauf Xəlilov #SACCI-nin strateji əməliyyatlar komitəsinin həmsədri seçilib

Sentyabrın 21-də Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının Baş Assambleyası keçirilmişdir.

“ISR Holding”in baş icraçı direktoru Rauf Xəlilov Palatanın strateji əməliyyatlar komitəsinin həmsədri seçilib.

İclasda palatanın fəaliyyəti ilə bağlı hesabatlar təqdim olunub, gələcək inkişaf planları müzakirə edilib. İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası hər iki ölkənin sahibkarları arasında körpü rolunu oynayacaq və Azərbaycan və İsveçrənin biznes strukturları arasında strateji əlaqələrin inkişafına töhfə verəcək.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Şuşada

14 sentyabr 2022-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının açıq iclası keçirilib.

İclasda “ISR Holding”in baş icraçı direktoru və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Məşvərət Şurasının üzvü Rauf Xəlilov da iştirak edib.

Görüş zamanı Qarabağ regionunun iqtisadiyyatının bərpasında İsrail və Azərbaycan şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. İsrail şirkətlərinin nümayəndələri İsrail təcrübəsinə və texnologiyasına əsaslanan potensial birgə layihələrlə bağlı fikirlərini bölüşüblər. Görüşün davamında İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının gələcək planları və fəaliyyətinin perspektivləri ilə bağlı açıq müzakirə aparılıb.

Tədbir çərçibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.