ISR HOLDING

Month: Fevral 2023

“Hilton Baku” otelində “ISR Holding” və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə “CEO Meetup” tədbiri baş tutub.

23 fevral tarixində “Hilton Baku” otelində “ISR Holding” və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə “CEO Meetup” tədbiri baş tutub.

Tədbir “ISR Holding”in hüquqi məsələlər üzrə direktoru – Fərhad Səttarov və klubun sədri və baş icraçı direktoru Telman Əliyevin salamlama nitqləri ilə öz işinə başlayıb. İşgüzar görüş çərçivəsində şirkətlər qrupunun çoxsahəli fəaliyyəti haqqında ətraflı məlumat verilib.

“ISR Holding” haqqında ətraflı məlumatı şirkətlər qrupunun satınalma üzrə direktoru Afaq Zeynalova təqdim edib. “CIG Azərbaycan” şirkətinin direktoru Vəfa Fəttayeva logistika və nəgliyyat xidmətləri, “CIG SCS”nın əməlliyat meneceri Kamran Eyyubov gömrük və müvəqqəti saxlama anbarı xidməti, “ISR Holding”in baş maliyyə direktoru Tariyel Rüstəmov elektrik avtomobillər və şarj stansiyaları, Holdingin maliyyə nəzarətçisi Hilola Kalandarova isə 1C ERP həllər haqqında təqdimatları tədbir qonaqlarının diqqətinə çatdırıblar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. İşgüzar görüşün rəsmi hissəsi bitdikdən sonra iştirakçılar və təşkilatçılar çay-kofe sessiyası zamanı biznes əlaqələrinin inkişafı haqqında müzakirə aparıblar.

“CIG Georgia” şirkəti Gürcüstan Dəmir Yolları ilə ekspeditor müqaviləsi imzaladı

Gürcüstanda yerləşən “Caspian Impex Group” logistika şirkəti Gürcüstan Dəmir Yolları ilə ekspeditor müqaviləsi imzalayıb.

Bu müqavilə şirkətə öz xidmətlərini genişləndirmək, dəmir yolu ilə daşımaları təmin etmək və dəmir yolu vaqonlarından istifadə etməklə daşımaların keyfiyyətini yüksəltməyə imkan verəcək.

“CIG” Türkiyəyə humanitar yardımda iştirak edib

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı dərin üzgünlüyümüzü bildiririk.

“CIG” şirkətlər qrupu bu faciə zamanı zərər çəkənlərə humanitar yardımın çatdırılması üçün logistik xidmətlərini təmin etməklə yanaşı, öz köməyini də göndərib.

Bu faciə nəticəsində həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, doğmalarına isə səbr diləyirik.