ISR HOLDING

Month: Noyabr 2022

Elektromobil və hibrid avtomobillərin yürüşü keçirilib!

Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliylərinin təşkilatçılığı və ISR Holding, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə elektromobil və hibrid avtomobillərin yürüşü keçirilib.

İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər. Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.

“ISR Holding” və “EY” şirkətləri “EY İlin İş Adamı” klubunun üzvləri üçün görüş keçiriblər.

Görüş zamanı “ISR Holding”in maliyyə direktoru Tariyel Rüstəmov və qrup maliyyə nəzarətçisi və “1C” layihə rəhbəri Hilola Kalandarova iştirakçılara “1C Enterprise” platformasının funksional imkanlarını təqdim ediblər və proqramın praktiki istifadəsi ilə bağlı məlumat veriblər.

“1C” sistemi biznesin idarə edilməsində rahat həllər tapmaq üçün istifadə edilən etibarlı platformadır. Hazırda həm dünyada, həm də ölkəmizdə informasiyanın toplanması və təhlili məsələləri çox aktualdır. “ISR Holding” proqramın Azərbaycanda rəsmi distribütorlarından biri olaraq “1C” platformasının quraşdırılmasında yüksək səviyyəli xidmət göstərir. Platforma artıq “Hilton Baku”, “FoodCity”, “BCC” və digər şirkətlərin sisteminə uğurla inteqrasiya olunub.

“PARFOIS” artıq 28 Mall-da!

Məşhur aksessuar brendi “PARFOIS” ən yeni konsepti ilə artıq Bakıda!

Minimalist estetikaya sahib olan yeni mağaza müştərilərə çoxsaylı kolleksiyalara aid olan müxtəlif və daimə artan geyim kateqoriyalarını təqdim edir.

Mağazanın 28 Mall-da keçirilən açılış mərasimində “HR Success” şirkətinin strateji tərəfdaşı Nizar Darviş və “Retail Group Azerbaijan”ın ölkə üzrə direktoru Zara Deht Hamu iştirak ediblər.

Brend 1994-cü ildə Portuqaliyada geyim və aksesuar markası olarag yaradılmışdır və 25 il sonra 70 ölkədə 1000-dən çox mağaza ilə təqdim olunur. Markanın yaradıcısı Manuela Medeiros-un xəyalı bütün qadınlar üçün müstəsna moda aksesuarları yaratmaq idi və brendin uğurunu nəzərə alaraq bu xəyalın qerçəkləşməsinin tam əminliklə vurğulamaq olar.

“Costa Coffee” artıq Azərbaycanda!

Dünyada tanınmış “Costa Coffee” kofe şəbəkəsi artıq Azərbaycandadır!

Yarım əsrlik tarixə malik dünyaca məşhur Britaniya brendi “Costa Coffee” nəhayət ki Azərbaycanda fəaliyyətinə başlayır.

Azərbaycanda brendin françayzinq sahibləri qismində “Moonwake” investisiya şirkəti ilə birlikdə “ISR Holding” çıxış edirlər.
3 noyabr ISR şirkətlər qrupunun direktoru Rauf Xəlilov və “Costa Coffee” şirkətinin Avropa və Yaxın Şərq üzrə icraçı direktoru Qordon Movat əməkdaşlıq müqavilə imzalayıblar.