ISR HOLDING

Month: Fevral 2022

Gürcüstanın iqtisadiyyat naziri BYD nümayəndələri ilə görüşüb

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili BYD Çinin Avropa üzrə baş direktoru İsbrand Ho və BYD-ni regionda təmsil edən İSR Holdinqin baş direktoru cənab Rauf Xəlilov ilə görüşüb. İqtisadiyyat nazirinin müavinləri – İrakli Nadareişvili və Quram Quramişvili.

İclasda qeyd edildiyi kimi, dünyanın ən böyük elektromobil, avtobus və elektrik akkumulyator istehsalçılarından biri olan BYD Corporation regionda genişlənməyi planlaşdırır və Gürcüstanı biznes inkişafın məkanlarından biri hesab edir.

Cənab Mikayıl Cabbarov “BYD” nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho və BYD şirkətinin regionda təmsil edən ISR Holdinqin baş icraçı direktoru Rauf Xəlilov ilə görüşüb.

Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycanda elektriklə işləyən avtobuslar, hibrid və tam elektrikli avtomobillərin yığılması müəssisəsinin yaradılması məsələləri müzakirə olunub.

Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib

Fevralın 10-da Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib.
İclasda Gənclər və İdman Naziri Fərid Qayıbov və federasiyanın üzvləri iştirak ediblər.

Səsvermə nəticəsində Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. İclasda Anar Əzimov federasiyanın vitse-prezidenti, Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov idarə heyətinin üzvləri seçiliblər.