ISR HOLDING

Month: İyun 2023

“CIG Azerbaijan” şirkətinin avtoparkı yeniləndi!

Dünya miqyasında dəniz, beynəlxalq dəniz, avtomobil və hava nəqliyyatı xidmətləri göstərən ekspeditor və logistika şirkəti “CIGAzerbaijan” öz yük avtomobilləri avtoparkını genişləndirdi.

Hal-hazırda “CIG Logistics” dörd ölkədə fəaliyyət göstərir və bütün növ nəqliyyat vasitələri üçün etibarlı və Rahat daşınma xidmətləri göstərir. Təcrübəli peşəkarlar komandası və qabaqcıl texnologiyalardan istifadə yük maşınlarının təhlükəsiz və vaxtında təyinat yerinə çatdırılmasını təmin edir.

“Costa Coffee” artıq Bakıda!

Dünyaca məşhur kofe brendi “Costa Coffee” nəhayət ki, öz qapılarını kofe həvəskarları üçün açdı!

Uzun tarixə sahib olan brendin ilk filialı Bakının məşhur biznes mərkəzlərinin birində – “Globus Center”də açıldı. Təntənəli açılış mərasimi brend nümayəndələrinin və çoxsaylı dəvət olunmuş qonaqların iştirakı ilə keçirilib.

Açılış mərasimində “ISR Holding” şirkətlər qrupunun baş direktoru Rauf Xəlilov, “Emena Retail Costa Coffee” şirkətinin marketinq şöbəsinin rəhbəri Louise Bray və “Costa Coffee” şirkətinin françayzinq şöbəsinin rəhbəri Ceymi Avdrin çıxış edərək, bütün qonaqlara təşəkkürünü bildirib və brendin tarixi haqqında ətraflı məlumat veriblər.

Tədbir zamanı qonaqlar “Сosta Coffee”nın xüsusi şirniyyatlarından və ətirli kofe içkilərindən dadıblar. Bununla yanaşı, qonaqlar peşəkar baristanın köməkliyi ilə süd köpüyü ilə qəhvə üzərində naxışlar ustad dərsində iştirak etdilər.

Elektromobillər ilə tarixə səyahət

3 iyun tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elektrik avtomobillər yürüşü uğurla baş tutdu. Tədbirin məqsədi Heydər Əliyev irsinin təşviqi, eyni zamanda dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinə tövhə verməkdir.

Azərbaycan avtomobil dilerləri assosiasiyasının (AADA) təşkilatçılığı ilə ən yeni elektromobillərdən ibarət «karvan» Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə hərəkət edərək, paytaxt sakinlərinin və çoxsaylı turistlərin marağına səbəb oldu.

Yürüşdə “ISR Holding“ şirkətlər qrupuna aid olan “Peugeot” və ”BYD” markalarının elektrik avtomobilləri, eləcə də ölkədə ilk tam elektrik sərnişin avtobusu iştirak edib.

.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir

Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyi xüsusi qeyd olunub

“ISR Holding”in baş direktoru Rauf Xəlilov iyunun 2-də Gürcüstanın Tbilisi şəhərində, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Gürcüstan-Azərbaycan Biznes Forumunda iştirak edib.

Forumda ümummilli liderin uzaqgörən xarici siyasəti nəticəsində iki ölkə arasında qurulmuş yüksək səviyyəli münasibət qeyd olunub. Forum çərçivəsində Azərbaycan və Gürcüstan arasında gələcək əməkdaşlıq yolları da müzakirə olunub.

Tədbir ümummilli liderin xatirəsinə həsr olunmuş Qala-konsertlə başa çatıb.

“Lexus” tədbirində yeni avtomobillərin təqdimatı

“Lexus” bredinin yeni RX modeli Bakının ən dəbdəbəli məkanların birində təmtəraqlı təqdim olundu. Tədbir zamanı yeni avtomobil haqqında ətraflı məlumat verildi. Təqdimat bir sıra ifaçıların çıxışları, eləcə də İtaliyadan dəvət olunan xüsusi tenorların ifası ilə yekunlaşdı.

Azərbaycana gətirilən beşinci nəsil RX modeli 3 güc aqreqatlı konfigurasiyası ilə seçilir.

“Lexus RX” in yeni radiator barmaqlığı, bamperlər və fənərlər, eləcə də tək vahiddə birləşdirilmiş arxa fənərləri diqqəti cəlb edir. Qapılar indi sadəcə toxunuş ilə açılır. Avtomobil yeni rəqəmsal alət paneli, yeni sükan və 14 düymlük ekranlı idarəetmə paneli ilə təhciz olunub. Zəngin komplektasiyalı versiyalarda panoramik dam və proyeksiyalı displeyi mövcuddur. Avtomobil yeni, GA-K platforması əsasında hazırlanıb. O, 90 kq yüngülləşib, arxa sərnişinlər üçün və baqajda bir az daha çox yer artıb.