ISR HOLDING

Month: Dekabr 2023

“Ümid yeri” sığınacağının uşaqları üçün yeni il sürprizi

“Radisson Hotel Baku” otelində “Ümid yeri” uşaq sığınacağın balacaları üçün Yeni il münasibəti ilə xeyriyyə tədbiri keçirilib.

Rauf Xəlilovun təşəbbüsü ilə keçirilən bu tədbir uşaqlara bayram ab-havası bəxş etmək məqsədi ilə təşkil olunub.

Balaca qonaqlar uşaq şousunu ziyarət etdikdən sonra “Lagom” restoranında ləzzətli nahardan zövq aldılar.

“Costa Coffee” şəbəkəsi genişlənməyə davam edir!

“SARDA Group” tərəfindən təqdim olunan “Costa Coffee” brendi bu il Azərbaycanda öz fəaliyyətinə start vermişdir.

İlk “Costa Coffee” uğurunu nəzərə alaraq bir neçə ay ərzində brendin şəbəkəsi genişlənərək məkanların sayını 4-ə çatdırmışdır. Hal-hazırda “Costa Coffee” şəhərin ən dəbli məkanları “Nərgiz Mall”, “Dəniz Mall” və “Gənclik Mall”da təqdim olunub.

Yüksək keyfiyyətli kofe və müştəri xidmətləri ilə kofesevərləri sevindirməyə davam edən “Costa Coffee” gələn il öz şəbəkələrinin sayını daha da genişləndirilməsini planlaşdırır.

“Costa Coffee” artıq Nərgiz Mall-da!

Keyfiyyətli kofe və müştəri xidməti ilə seçilən “Costa Coffee” kofesevərləri yeni məkanda sevindirməyə davam edir.

Yeni ünvanda müştərilərə müxtəlif növ ləzzətli kofe, həmçinin dadlı qəlyanaltılar və sendviçlər təklif edilir.

Brendə olan böyük marağı nəzərə alaraq ilin sonunadək daha iki, gələn il isə bir sıra yeni kafelərin açılması planlaşdırılır.