ISR HOLDING

Month: Mart 2023

“Peugeot Azerbaijan” şirkəti “Sabah” FK-nın yeni nəqliyyat tərəfdaşıdır!

Tərəfdaşlıq çərçivəsində “Sabah” FK markanın nəqliyyat vasitələri ilə təmin edilib. Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni Peugeot e-2008 markalı avtomobil “Sabah” FK-nın ixtiyarına verilib.

“Sabah” FK-nın ev oyunlarını keçirdiyi arenada ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.

“Peugeot Azerbaijan” şirkəti zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən “Peugeot” brendinin ölkəmizdəki rəsmi distribütorudur.

“Sunglass Hut” artıq 28 Mall-da!

Günəş eynəklərinin pərakəndə satışı üzrə dünya lideri olan “Sunglass Hut” brendinin ilk mağazasını artıq 28 Mall-da müştərilər üçün öz qapılarını açdı.

3000-dən çox mağazası olan brend oftalmik linzaların, çərçivələrin və gün eynəklərinin dizaynı, istehsalı və distribüsiyası üzrə qlobal liderdir.

Özünü ifadə etmə azadlığı və orijinallığı ilə seçilən, “Sunglass Hut” müştərilərə yüksək keyfiyyətli eynəklər təqdim edir.

“Peugeot” Azərbaycan qolf turnirinin sponsorudur

“Peugeot Azerbaijan” şirkəti Azərbaycan Qolf Federasiyasının təşkili və Gənclər və İdman Nazirliyi dəstəyi ilə “DreamLand Golf Club” da keçirilən ilk “Səfirliklər arasında qolf turniri”nin sponsoru qismində çıxış edib.

Azərbaycan Qolf Federasiyanın Prezidenti Rauf Xəlilovun salamlama nitqi ilə başlayan turnir Gənclər və İdman naziri Fərid Qayıbovun çıxışı ilə davam edib. Tədbirin sonunda qaliblər Federasiyanın prezidenti, vitse-prezidenti və cənab nazir tərəfindən mükafatlandırılıblar.

Tezliklə – Bakıda ilk “Radisson Hotel”!

“Park Inn by Radisson” otelinin rebrendinqi başa çatmaq üzrədir. Bakının işgüzar və əyləncə həyatının mərkəzində yerləşən əlamətdar otel ölkənin ilk “Radisson” oteli olmaqla, on ildən çox tarixinin yeni səhifəsini açacaq.

Artıq otelin üç mərtəbəsi ən son brend standartlarına uyğun tam təmir edilərək qonaqların istifadəsinə verilib. Yeni foyenin, eləcə də innovativ konsepsiyaya malik tamamilə yeni restoranın təmiri də başa çatmaq üzrədir.

Skandinaviya rahatlığı və yüksək səviyyəli xidməti ilə seçilən tamamilə yeni otel tezliklə paytaxtımızın qonaqlarına təqdim olunacaq.