ISR HOLDING

Month: Oktyabr 2023

Oktyabr ayı bütün dünyada “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” kimi qeyd edilir.

Ənənəyə sadiq qalaraq, bu il də Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “ISR Holding”in tərkibinə daxil olan bir sıra şirkətlər öz sosial məsuliyyət proqramları çərçivəsində bu xəstəlik haqqında məlumatın yayılması və maarifləndirmə kampaniyasına qoşulub.

Belə ki, ölkəmizdə “Cenomi Group Azerbaijan” tərəfindən təmsil olunan bir sıra dünya brendlərinin mağazalarında, eləcə də “Hilton Baku” otelində maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirlərin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin “Süd vəzisi xərçəngi ilə mübarizə ayı”nı simvolizə edən çəhrayı lentlər paylanılıb.

Aksiyaya həmçinin “Baku Roses” brendi altında tanınan “Azerbaijan Flowers Company” də qoşulub. İşçi heyətinin böyük hissəsini xanımlar təşkil edən şirkət də bu kampaniyaya qoşularaq süd vəzi xərçəngi ilə mübarizə aparan bütün güclü qadınlara öz dəstəyini çəhrayı lent taxmaqla göstəriblər.

“Radisson Group” yenidən “Forbes” siyahısında!

“Radisson Group” bu il də ardıcıl olaraq “Forbes” nəşri tərəfindən dünya miqyasında “Travel & Leisure” (səyahət və istirahət) sənayesində “Best Employer” (ən yaxşı işəgötürən) reytinqində 3-cü yerə sahib olub. Brend həmçinin 700 beynəlxalq şirkətin bütün sənayelər üzrə reytinqdə 102-ci yerə layiq görünmüşdür. Bu əvvəlki illə müqayisədə 20 mövqedən çox əhəmiyyətli irəliləyişi göstərir. Bu nailiyyət təşkilatın müsbət iş mühiti yaratmağa sadiq olduğunu vurğulayır.

Qonaqpərvərlik sənayesində görkəmli lider olan “Radisson Group” özünü qonaqları, biznes sahibkarları və istedadlı işçiləri qarşısında etibarlı brend kimi təsdiq edib.

Yüksək servisi və unikal lokasiyası ilə seçilən “Radisson Hotel Baku” Azərbaycanda “ISR Holding” tərəfindən təmsil olunur.

İlk “Zəfər” turniri öz işini böyük uğurla tamamladı

6-8 oktyabr tarixlərində “Dreamland Golf Club”da ilk “Zəfər” turniri baş tutdu. İki gün davam edən turnirdə Azərbaycan və Türkiyədən 70-dən çox idmançı iştirak edib.

Təntənəli açılış mərasimində rəsmi qonaqlar, idmançılar və turnirin tərəfdaşları iştirak ediblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi müavini Mariana Vasileva öz beynəlxalq arenada idmançılığın və dostluğun əhəmiyyətini vurğuladı.

Daha sonra Azərbaycan Qolf Federasiyasının prezidenti və “ISR Holding”in baş direktoru Rauf Xəlilov səhnəyə çıxaraq bu tədbiri keçirdməkdən və iki xalq arasında qolf oyunu vasitəsilə əlaqələri gücləndirməkdən məmnun olduğunu bildirib.

Türkiyə Qolf Federasiyasının prezidenti İldırım Dəmirörən öz çıxışında Türkiyə ilə Azərbaycan arasında çoxillik dostluq əlaqələrini vurğuladı.

Dostluq və əməkdaşlıq rəmzi olaraq Rauf Xəlilov və İldırım Dəmirörən bir-birlərinə xatirə hədiyyələri təqdim edərək, iki federasiya arasında əlaqələri möhkəmləndirdilər.