ISR HOLDING

Month: Dekabr 2022

“ISR Holging”in xüsusi qəzeti işıq üzü gördü

“ISR Holging”in ən son xəbərlərini özündə əks etdirən yeni xüsusi qəzet işıq üzü gördü.

Holdinqin baş icraçı direktoru Rauf Xəlilovun salamlama məktubu ilə başlayan qəzetdə şirkətlər qrupunun fəaliyyəti, son xəbərlər və yaxın gələcək üçün planları haqqında məlumatlar yer alır.

Son xəbərləri qaçırmamaq üçün QR kodu skan edin.

Peugeot ”Nargiz city” layihəsində

“Port Baku Mall”da artıq ənənəyə çevrilən “Gingerbread” ekspozisiyası öz işinə start verib. “NARGIS” jurnalının onuncu ildönümünə təsadüf edən layihə bu il zəncəfil şirniyyatlarından hazırlanan şəhərcik konsepsiyasiyası üzərində qurulub.

Layihənin məqsədi yeni il ərəfəsində həm uşaqlara, həm də böyüklərə xoş əhval-ruhiyyə bəxş etməkdir. Zəncəfil şirniyyatlarından hazırlanan ekspozisiyasını ziyarət edən qonaqlar nağıl şəhərciyinin gözəlliyindən həzz almaq imkanı əldə edəcəklər.

“Nargis City”də Bakının əsas görməli yerləri ilə yanaşı liman, metro, dəmir yolu, bank, məktəb və digər obyektlər yerini tutur. Azərbaycanda “Peugeot” brendin rəsmi nümayəndəliyi isə bu şəhərciyin avtosalonu şəklində təqdim olunub. Zəncəfil şirniyyatlarından hazırlanan şəhərciyin yaradılmasında ölkənin ən istedadlı şirniyyatçıları iştirak edir.

#SACCI-nin Strateji Əməliyyatlar Komitəsinin həmsədri Rauf Xəlilov Azərbaycan-İsveçrə Biznes Forumunda iştirak edib

Dekabrın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan-İsveçrə Biznes Forumu keçirilib.

Tədbir Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, İsveçrənin Azərbaycandakı səfiri Ervin Bollinqerin, İsveçrə Konfederasiyasının Azərbaycandakı və Türkmənistandakı səfiri Muriel Peneveyrenin, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) prezidenti Klod Haegi və digər dəyərli qonağların iştiraki ilə keçirilib.

“Peugeot” artıq Azərbaycanda!

Zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən “Peugeot” brendi nəhayət ki, rəsmi olaraq ölkəmizdə “ISR Auto”ya aid olan “Peugeot Azerbaijan” şirkəti tərəfindən təqdim olunur.

Yenilənmiş Peugeot konsepsiyası özündə “Allure” – cazibə qüvvəsi yanaşmasını ehtiva edir. Modellərin müasir və zərif dizaynı, texniki dözümlülük və innovasiyalarla bərabər bu avtomobilləri şəhərin hər bir şəraitinə uyğun edir. Özündə zəriflik, funksionallıq və avropa keyfiyyətini birləşdirən yeni modellər müxtəlif komplektasiya və rənglərdə avtomobil həvəskarları üçün yeni salonda təqdim olunub.

📍 Babək prospekti 49 | +994 12 526 40 40 | www.peugeot.az

Məşhur BYD HAN Hybrid DM-I lüks sedanlarının öncədən sifarişinə start verilir!

“ISR Auto”nun bir hissəsi olan “Electrify Azerbaijan” şirkəti korporativ müştərilər üçün məşhur BYD HAN Hybrid DM-I lüks sedanlarının öncədən sifarişinə start verir. Tam elektrik BYD HAN modellərinin öncədən sifarişi də qısa zamanda başlayacaq. Ətraflı məlumat almaq üçün QR kodu skan etmək kifayətdir.

Əlaqə:
+994 50 225 94 65
[email protected]