ISR HOLDING

aze_news

“KIKO Milano” yeni “Summer Festival Glow” kolleksiyasını təqdim etdi

“Retail Group Azerbaijan” tərəfindən Azərbaycanda təqdim olunan “KIKO Milano” öz yeni “Summer Festival Glow” kolleksiyasını təqdim edib.
Tədbir “Dəniz Mall”-da yerləşən ilk “KIKO Milano” mağazasında baş tutub. Tədbirdə gözəllik industriyasının profesionalları və gözəllik həvəskarları iştirak ediblər.
“KIKO Milano” müxtəlif obraz yaratmaq üçün geniş çeşiddə kosmetika təqdim edir və müştəriləri hər zaman yeni gözəllik məhsullarının ən geniş seçimini sınamağa dəvət edir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

ISR Holding Park Inn by Radisson Baku-nun bir hissəsi olmaq sosial məsuliyyət məsələlərinə böyük diqqət yetirir və buna görə də SOS Uşaq Kəndləri ilə əməkdaşlığı davam etdirməkdən məmnundur. Belə ki, ianə məqsədilə xüsusi qəhvə satışı təşkil edilib. Kampaniya zamanı toplanan məbləğ SOS Uşaq Kəndlərinə bağışlanıb. Bütün uşaqları #BeynəlxalqUşaqlarGünü münasibəti ilə təbrik edirik! Sizə sağlam və xoşbəxt gələcək arzulayırıq!

“AFC”Namanqan Gül Festivalında iştirak edib

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Baxrom Əşrəfxanovun dəvəti ilə Azərbaycan Güllər Şirkətinin (AFC) nümayəndələri mayın 22-də Namanqanda (Özbəkistan) öz işinə başlayan Beynəlxalq Gül Festivalında iştirak ediblər.

Bu tədbir çərçivəsində Özbəkistan Güllər Assosiasiyasının Azərbaycanın Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası ilə görüşü keçirilib, burada gülçülük sahəsində gələcək əməkdaşlığın potensialı və mümkün yolları müzakirə olunub.
Həmçinin qeyd olunub ki, belə tədbirlərdə iştirak yeni ticarət əlaqələrinin qurulmasına və ixrac bazarının genişlənməsinə müsbət təsir göstərir.

“U.S. Polo” indi 28 Mall-da!

Dünyaca məşhur ABŞ Polo brendinin ilk mağazası artıq 28 Mall-da müştərilərin üzünə açıqdır.
Yeni SS22 kolleksiyası artıq müştərilər üçün mövcuddur.
1030-dan çox mono-brend mağaza, butik, univermaq və e-ticarət vasitəsilə dünya üzrə distribütorluğu ilə U.S. Polo Assn. 160-dan çox ölkədə bütün ailə üçün geyim, eləcə də aksesuarlar, ayaqqabılar, səyahət və ev əşyaları təklif edir.

“Lexus Baku” 10 illik yubileyini qeyd edir

Lexus Center Baku 2012-ci ildə yaradılıb. Şirkət fəaliyyət göstərdiyi illər ərzində 4000-ə yaxın yeni avtomobil satıb. Müştərilərə ən yaxşı sahiblik təcrübəsini təqdim etmək üçün pərakəndə satıcıların obyektlərinin keyfiyyətini və əməliyyatını qiymətləndirmək üçün Pan-Avropa hərtərəfli proqramı olan “Lexus Experience”də şirkət 5 ulduzla (ən yüksək bal) qiymətləndirilib.