“Peugeot” brendi “Caspian Motor Show 2023”də

Ənənəvi “Caspian Motor Show 2023” bu il iyul ayında “Sea Breeze Resort”da baş tutdu. 3 gün davam edən sərgi zamanı avtomobil sənayəsinin ən son modelləri gonaqlara təqdim olundu.

“Peugeot” brendi sərgidə elektrik “Peugeot e-2008” və innovativ “Peugeot 3008” modelləri ilə təmsil olundu. Öz incə dizayn ilə modellər sərgi gonaqlarının marağını cəlb etdilər. Gonaqlar brend və modellər haqqında ətraflı məlumat almaq və “Test Drive”a yazılmaq imkanı qazanmışdılar.

Tədbir Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunub.