ISR HOLDING

Month: Yanvar 2022

İtalyan hiti “KIKO Milano” artıq “Dəniz Mall”da!

Açılış mərasimində VIP qonaqlar Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Dr. Hamad A.S. Xudair və “İSR Holdinq”in baş direktoru cənab Rauf Xəlilov “RGA Alhokair” şirkətinin ölkə direktoru Zara Decht Hamou ilə birlikdə açılışı lenti kəsməklə başladılar.
“KIKO Milano” məftunedici axşamdan, sadə hər günə qədər istənilən görünüş yaratmaq üçün geniş çeşiddə kosmetika təqdim edir.
Dünyanın incəsənət, moda və dizayn beşiyi olan Milanın atmosferindən və ənənəsindən ilham alaraq, “KIKO” ən son tendensiyaları özündə birləşdirir və onları bütün dünyadakı qadınlara çatdırır. Keyfiyyət və yaradıcılığı – əsl italyan zəkasını – qlobal ideyalar və həllər ilə məharətlə birləşdirir.

Bakıda ilk dəfə – 100% elektriklə işləyən “BYD” avtobusu!

Dünya şöhrətli və dünyanın ən sürətlə inkişaf edən avtomobil şirkətlərindən biri olan “BYD” Azərbaycanda “ISR Holdinq”in qanadı altında “Electrify Azərbaycan” şirkəti ilə təmsil olunur.

Çinin ən böyük yüksək texnologiyalı və avtomobil brendlərindən biri kimi “BYD” artıq özünü etibarlı, təhlükəsiz və dəbdəbəli avtomobil istehsalçısı, eləcə də elektronika, alternativ enerji, hibrid və elektrik nəqliyyat vasitələri sahəsində qabaqcıl tərtibatçı kimi təsdiqləyib. “BYD” elektrik avtobuslarını artıq London, Amsterdam kimi bəzi böyük Avropa şəhərlərində, həmçinin Macarıstan və Almaniyanın bəzi şəhərlərində də görmək olar.

Eko-nəqliyyatın inkişafı və istehsalı şirkətin əsas istiqamətlərindən biridir. Məlum olduğu kimi, ekoloji təmiz nəqliyyat məsələləri ölkəmiz üçün çox aktualdır və Azərbaycan “Paris Sazişi”nə əsasən 2030-cu ilə qədər İXQ emissiyalarını 35% azaltmağı öhdəsinə götürüb.

Beləliklə, ilk dəfə olaraq Bakı küçələrində yeni 100% elektriklə işləyən sıfır emissiyalı “BYD” avtobusu peyda olacaq. 80 nəfərdən çox tutumu olan bu müasir avtobus həm vətəndaşların keyfiyyətli daşınmasını təmin etməyə, həm də təzə dizaynı ilə paytaxtın mənzərəsinə parlaq rənglər qatmağa imkan verəcək.