ISR HOLDING

Month: Noyabr 2023

Yeni “Lexus LM” artıq Bakıda!

Lüks həyat tərzi və funksionallığı özündə əks etdirən yeni premium modelin təqdimatı Bakı və Tiflisdə baş tutub. Təqdimatlar brendin nümayəndələri, müxtəlif biznes dairələri, yüksək rütbəli qonaqlar və brendin sadiq müştərilərinin iştirakı ilə böyük uğurla keçirilib.

“Lexus” brendi Azərbaycan və Gürcüstanda “SARDA Group” tərəfindən təqdim olunur.

Qlobal “Costa Coffee” komandası Bakıda görüş keçirib

“Costa Coffee”nin Avropa və Orta Şərq üzrə idarəedici direktoru Qordon Movat başda olmaqla brendin qlobal menecment komandası Azərbaycandakı tərəfdaşları ilə görüşüb.

Həmkarlar ölkədə “Costa Coffee”nin potensialını vurğulayaraq brendin Azərbaycanda gələcək inkişafı, eləcə də ölkədə kofe şəbəkələrinin sayının artırılması planlarını müzakirə ediblər.