“Kiko Milano” artıq 28 Mall-da!

Bakıda ikinci rəsmi “Kiko Milano” mağazası “28 Mall”da öz qapılarını müştərilər üçün açdı!

Bakıda “Dəniz Mall”da ilk “Kiko Milano” mağazasının böyük uğurundan sonra brendin ikinci mağazasının açılışı 9 iyul tarixində “28 Mall”da baş tutub. Geniş çeşiddə təqdim olunan məhsullar brendin ən son kolleksiyaları ilə yanaşı, artıq “must have”lərə çevrilən vasitələri özündə ehtiva edir. İtaliyanın 1 nömrəli makiyaj brendi “Kiko” peşəkar vizajistlərə və bütün gözəllik həvəskarlarına gündəlik və özəl günlər üçün mükəmməl obraz yaratmağa imkan verir.

1997-ci ildə İtaliyada yaradılmış “Kiko Milano”, 46 ölkədə 950-dən çox mağaza ilə təqdim olunur və geniş çeşiddə dekorativ kosmetika, kosmetik aksesuarlar və dəriyə qulluq məhsulları təklif edir. Ölkəmizdə brendi “Retail Group Azerbaijan” şirkəti təmsil edir.
Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding