“Kiko Milano” artıq 28 Mall-da!

Bakıda ikinci rəsmi “Kiko Milano” mağazası “28 Mall”da öz qapılarını müştərilər üçün açdı!

Bakıda “Dəniz Mall”da ilk “Kiko Milano” mağazasının böyük uğurundan sonra brendin ikinci mağazasının açılışı 9 iyul tarixində “28 Mall”da baş tutub.

Geniş çeşiddə təqdim olunan məhsullar brendin ən son kolleksiyaları ilə yanaşı, artıq “must have”lərə çevrilən vasitələri özündə ehtiva edir. İtaliyanın 1 nömrəli makiyaj brendi “Kiko” peşəkar vizajistlərə və bütün gözəllik həvəskarlarına gündəlik və özəl günlər üçün mükəmməl obraz yaratmağa imkan verir.

1997-ci ildə İtaliyada yaradılmış “Kiko Milano”, 46 ölkədə 950-dən çox mağaza ilə təqdim olunur və geniş çeşiddə dekorativ kosmetika, kosmetik aksesuarlar və dəriyə qulluq məhsulları təklif edir. Ölkəmizdə brendi “Retail Group Azerbaijan” şirkəti təmsil edir.