“Lexus” tədbirində yeni avtomobillərin təqdimatı

“Lexus” bredinin yeni RX modeli Bakının ən dəbdəbəli məkanların birində təmtəraqlı təqdim olundu. Tədbir zamanı yeni avtomobil haqqında ətraflı məlumat verildi. Təqdimat bir sıra ifaçıların çıxışları, eləcə də İtaliyadan dəvət olunan xüsusi tenorların ifası ilə yekunlaşdı.

Azərbaycana gətirilən beşinci nəsil RX modeli 3 güc aqreqatlı konfigurasiyası ilə seçilir.

“Lexus RX” in yeni radiator barmaqlığı, bamperlər və fənərlər, eləcə də tək vahiddə birləşdirilmiş arxa fənərləri diqqəti cəlb edir. Qapılar indi sadəcə toxunuş ilə açılır. Avtomobil yeni rəqəmsal alət paneli, yeni sükan və 14 düymlük ekranlı idarəetmə paneli ilə təhciz olunub. Zəngin komplektasiyalı versiyalarda panoramik dam və proyeksiyalı displeyi mövcuddur. Avtomobil yeni, GA-K platforması əsasında hazırlanıb. O, 90 kq yüngülləşib, arxa sərnişinlər üçün və baqajda bir az daha çox yer artıb.

RX-in daha sadə versiyası 275 at gücünə malik 2,4 litrlik turbomühərriklidir. “Yüngül” Lexus RX  2,5 litrlik benzinli atmosfer mühərriki və ümumi gücü 246 at gücü olan elektrik mühərriki alacaq. 0-dan 100 km/saata qədər sürətlənmə 7,4 saniyə çəkir. Digər “mülayim” mühərriki ilə birlikdə 367 at gücü olan  2,4 litrlik turbomühərrikə əsaslanır. Maşın 100 km/saata 5,9 saniyəyə sürətlənir.

RX-də interfeys bütün funksiyalara intuitiv nəzarəti nəzərdə tutan Tazuna (“cilov”) konsepsiyasına uyğun olaraq həyata keçirilir. Konstruktorlar mərkəzi tuneldə sensor paneldən imtina edərək, ölçüsü 14 düymlük multimedia sisteminin sensor ekranını quraşdırıblar. Həmçinin baş üstü displey, salon güzgüsindəki ekran, panoramik dam və e-latch elektrik qapı kilidləri var. Lexus Safety System+ 3.0 paketi də standart olaraq mövcuddur.

Təqdimatda həmçinin yeni “Lexus LM” premium miniveninin gətiriləcəyini elan olundu, eləcə də Bakıda populyar olan yeni “Lexus GX” modelinin tizeri nümayiş olundu.

Share on facebook
Share on twitter
Share on linkedin

Ⓒ ISR Holding