“Lexus” tədbirində yeni avtomobillərin təqdimatı

“Lexus” bredinin yeni RX modeli Bakının ən dəbdəbəli məkanların birində təmtəraqlı təqdim olundu. Tədbir zamanı yeni avtomobil haqqında ətraflı məlumat verildi. Təqdimat bir sıra ifaçıların çıxışları, eləcə də İtaliyadan dəvət olunan xüsusi tenorların ifası ilə yekunlaşdı.

Azərbaycana gətirilən beşinci nəsil RX modeli 3 güc aqreqatlı konfigurasiyası ilə seçilir.

“Lexus RX” in yeni radiator barmaqlığı, bamperlər və fənərlər, eləcə də tək vahiddə birləşdirilmiş arxa fənərləri diqqəti cəlb edir. Qapılar indi sadəcə toxunuş ilə açılır. Avtomobil yeni rəqəmsal alət paneli, yeni sükan və 14 düymlük ekranlı idarəetmə paneli ilə təhciz olunub. Zəngin komplektasiyalı versiyalarda panoramik dam və proyeksiyalı displeyi mövcuddur. Avtomobil yeni, GA-K platforması əsasında hazırlanıb. O, 90 kq yüngülləşib, arxa sərnişinlər üçün və baqajda bir az daha çox yer artıb.