İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Şuşada
14 sentyabr 2022-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının açıq iclası keçirilib.
İclasda “ISR Holding”in baş icraçı direktoru və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Məşvərət Şurasının üzvü Rauf Xəlilov da iştirak edib.
Görüş zamanı Qarabağ regionunun iqtisadiyyatının bərpasında İsrail və Azərbaycan şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. İsrail şirkətlərinin nümayəndələri İsrail təcrübəsinə və texnologiyasına əsaslanan potensial birgə layihələrlə bağlı fikirlərini bölüşüblər. Görüşün davamında İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının gələcək planları və fəaliyyətinin perspektivləri ilə bağlı açıq müzakirə aparılıb.
Tədbir çərçibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.