“Hər kəs bilsin, həyat davam etsin!”

Oktyabr bütün dünyada süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, süd vəzi xərçəngi 2021-ci ildən etibarən qlobal miqyasda ən çox yayılmış xərçəng növüdür. Eyni zamanda bu xəstəliyin erkən diaqnostikası xəstələrin sağ qalma ehtimalını 90%-ə qədər artıra bilər. Bu səbəbdən daha çox insan həyatını xilas etmək üçün süd vəzi xərçəngi haqqında məlumat paylaşmaq, maarifləndirmə işləri aparmaq çox vacibdir.

Bu il Azərbaycanda Səhiyyə Nazirliyi, TƏBİB, Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Hər kəs bilsin, həyat davam etsin!” devizin altında aksiya təşkil olunmuşdur.

“ISR Holding” olaraq sosial məsuliyyət məsələləri şirkətin iş strukturunda mühüm yer tutur. Mövcud olduğu illər ərzində şirkətlər qrupu çoxsaylı sosial və xeyriyyə tədbirlərində iştirak etmiş və iştirak etməkdə davam edir.