“Hilton Baku” otelində “ISR Holding” və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə “CEO Meetup” tədbiri baş tutub.

23 fevral tarixində “Hilton Baku” otelində “ISR Holding” və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə “CEO Meetup” tədbiri baş tutub.

Tədbir “ISR Holding”in hüquqi məsələlər üzrə direktoru – Fərhad Səttarov və klubun sədri və baş icraçı direktoru Telman Əliyevin salamlama nitqləri ilə öz işinə başlayıb. İşgüzar görüş çərçivəsində şirkətlər qrupunun çoxsahəli fəaliyyəti haqqında ətraflı məlumat verilib.

“ISR Holding” haqqında ətraflı məlumatı şirkətlər qrupunun satınalma üzrə direktoru Afaq Zeynalova təqdim edib. “CIG Azərbaycan” şirkətinin direktoru Vəfa Fəttayeva logistika və nəgliyyat xidmətləri, “CIG SCS”nın əməlliyat meneceri Kamran Eyyubov gömrük və müvəqqəti saxlama anbarı xidməti, “ISR Holding”in baş maliyyə direktoru Tariyel Rüstəmov elektrik avtomobillər və şarj stansiyaları, Holdingin maliyyə nəzarətçisi Hilola Kalandarova isə 1C ERP həllər haqqında təqdimatları tədbir qonaqlarının diqqətinə çatdırıblar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. İşgüzar görüşün rəsmi hissəsi bitdikdən sonra iştirakçılar və təşkilatçılar çay-kofe sessiyası zamanı biznes əlaqələrinin inkişafı haqqında müzakirə aparıblar.