Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov Türkiyə Qolf Federasiyası ilə əməkdaşlıq müqaviləsini imzalayıb.
Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov Türkiyə Qolf Federasiyası ilə əməkdaşlıq müqaviləsini imzalamaq üçün Türkiyəyə səfər edib. İmzalanma İstanbuldakı Ataşehir golf klubunda baş tutub.
İmzalamada Azərbaycan Qolf Federasiyasının və Türkiyə Qolf Federasiyasının prezidentləri Rauf Xəlilov və Yıldırım Dəmirörən, həmçinin Türkiyə Qolf Federasiyasının İdarə Heyətinin üzvləri İsmayıl Həsən Akçakayalıoğlu, Murat Karaduman, İdarə Heyətinin sədr müavini Serhat Soysal, Azərbaycan Qolf Federasiyası Anar Əzimov və Azərbaycan Qolf Federasiyasının baş katibi Leyla Abbasova iştirak edib.
Müqavilə qolfçuların beynəlxalq səviyyədə yarışmalarda iştirak etməyə şərait yaratmaq, ölkədə idmançıların sayını artırmaq, texniki məsələlərdə qarşılıqlı köməklik etmək və Azərbaycanda qolfun daha da böyüməsinə və inkişafına zəmin yaratmaq məqsədilə imzalanıb.