“Radisson Group” yenidən “Forbes” siyahısında!
“Radisson Group” bu il də ardıcıl olaraq “Forbes” nəşri tərəfindən dünya miqyasında “Travel & Leisure” (səyahət və istirahət) sənayesində “Best Employer” (ən yaxşı işəgötürən) reytinqində 3-cü yerə sahib olub. Brend həmçinin 700 beynəlxalq şirkətin bütün sənayelər üzrə reytinqdə 102-ci yerə layiq görünmüşdür. Bu əvvəlki illə müqayisədə 20 mövqedən çox əhəmiyyətli irəliləyişi göstərir. Bu nailiyyət təşkilatın müsbət iş mühiti yaratmağa sadiq olduğunu vurğulayır.
Qonaqpərvərlik sənayesində görkəmli lider olan “Radisson Group” özünü qonaqları, biznes sahibkarları və istedadlı işçiləri qarşısında etibarlı brend kimi təsdiq edib.
Yüksək servisi və unikal lokasiyası ilə seçilən “Radisson Hotel Baku” Azərbaycanda “ISR Holding” tərəfindən təmsil olunur.