Oktyabr ayı bütün dünyada “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” kimi qeyd edilir.

Ənənəyə sadiq qalaraq, bu il də Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “ISR Holding”in tərkibinə daxil olan bir sıra şirkətlər öz sosial məsuliyyət proqramları çərçivəsində bu xəstəlik haqqında məlumatın yayılması və maarifləndirmə kampaniyasına qoşulub.

Belə ki, ölkəmizdə “Cenomi Group Azerbaijan” tərəfindən təmsil olunan bir sıra dünya brendlərinin mağazalarında, eləcə də “Hilton Baku” otelində maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirlərin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin “Süd vəzisi xərçəngi ilə mübarizə ayı”nı simvolizə edən çəhrayı lentlər paylanılıb.

Aksiyaya həmçinin “Baku Roses” brendi altında tanınan “Azerbaijan Flowers Company” də qoşulub. İşçi heyətinin böyük hissəsini xanımlar təşkil edən şirkət də bu kampaniyaya qoşularaq süd vəzi xərçəngi ilə mübarizə aparan bütün güclü qadınlara öz dəstəyini çəhrayı lent taxmaqla göstəriblər.