Без рубрики

“Ümid yeri” sığınacağının uşaqları üçün yeni il sürprizi

“Radisson Hotel Baku” otelində “Ümid yeri” uşaq sığınacağın balacaları üçün Yeni il münasibəti ilə xeyriyyə tədbiri keçirilib.

Rauf Xəlilovun təşəbbüsü ilə keçirilən bu tədbir uşaqlara bayram ab-havası bəxş etmək məqsədi ilə təşkil olunub.

Balaca qonaqlar uşaq şousunu ziyarət etdikdən sonra “Lagom” restoranında ləzzətli nahardan zövq aldılar.

Oktyabr ayı bütün dünyada “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” kimi qeyd edilir.

Ənənəyə sadiq qalaraq, bu il də Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “ISR Holding”in tərkibinə daxil olan bir sıra şirkətlər öz sosial məsuliyyət proqramları çərçivəsində bu xəstəlik haqqında məlumatın yayılması və maarifləndirmə kampaniyasına qoşulub.

Belə ki, ölkəmizdə “Cenomi Group Azerbaijan” tərəfindən təmsil olunan bir sıra dünya brendlərinin mağazalarında, eləcə də “Hilton Baku” otelində maarifləndirmə ayı ilə bağlı keçirilən tədbirlərin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin “Süd vəzisi xərçəngi ilə mübarizə ayı”nı simvolizə edən çəhrayı lentlər paylanılıb.

Aksiyaya həmçinin “Baku Roses” brendi altında tanınan “Azerbaijan Flowers Company” də qoşulub. İşçi heyətinin böyük hissəsini xanımlar təşkil edən şirkət də bu kampaniyaya qoşularaq süd vəzi xərçəngi ilə mübarizə aparan bütün güclü qadınlara öz dəstəyini çəhrayı lent taxmaqla göstəriblər.

“Radisson Group” yenidən “Forbes” siyahısında!

“Radisson Group” bu il də ardıcıl olaraq “Forbes” nəşri tərəfindən dünya miqyasında “Travel & Leisure” (səyahət və istirahət) sənayesində “Best Employer” (ən yaxşı işəgötürən) reytinqində 3-cü yerə sahib olub. Brend həmçinin 700 beynəlxalq şirkətin bütün sənayelər üzrə reytinqdə 102-ci yerə layiq görünmüşdür. Bu əvvəlki illə müqayisədə 20 mövqedən çox əhəmiyyətli irəliləyişi göstərir. Bu nailiyyət təşkilatın müsbət iş mühiti yaratmağa sadiq olduğunu vurğulayır.

Qonaqpərvərlik sənayesində görkəmli lider olan “Radisson Group” özünü qonaqları, biznes sahibkarları və istedadlı işçiləri qarşısında etibarlı brend kimi təsdiq edib.

Yüksək servisi və unikal lokasiyası ilə seçilən “Radisson Hotel Baku” Azərbaycanda “ISR Holding” tərəfindən təmsil olunur.

İlk “Zəfər” turniri öz işini böyük uğurla tamamladı

6-8 oktyabr tarixlərində “Dreamland Golf Club”da ilk “Zəfər” turniri baş tutdu. İki gün davam edən turnirdə Azərbaycan və Türkiyədən 70-dən çox idmançı iştirak edib.

Təntənəli açılış mərasimində rəsmi qonaqlar, idmançılar və turnirin tərəfdaşları iştirak ediblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi müavini Mariana Vasileva öz beynəlxalq arenada idmançılığın və dostluğun əhəmiyyətini vurğuladı.

Daha sonra Azərbaycan Qolf Federasiyasının prezidenti və “ISR Holding”in baş direktoru Rauf Xəlilov səhnəyə çıxaraq bu tədbiri keçirdməkdən və iki xalq arasında qolf oyunu vasitəsilə əlaqələri gücləndirməkdən məmnun olduğunu bildirib.

Türkiyə Qolf Federasiyasının prezidenti İldırım Dəmirörən öz çıxışında Türkiyə ilə Azərbaycan arasında çoxillik dostluq əlaqələrini vurğuladı.

Dostluq və əməkdaşlıq rəmzi olaraq Rauf Xəlilov və İldırım Dəmirörən bir-birlərinə xatirə hədiyyələri təqdim edərək, iki federasiya arasında əlaqələri möhkəmləndirdilər.

Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyi xüsusi qeyd olunub

“ISR Holding”in baş direktoru Rauf Xəlilov iyunun 2-də Gürcüstanın Tbilisi şəhərində, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Gürcüstan-Azərbaycan Biznes Forumunda iştirak edib.

Forumda ümummilli liderin uzaqgörən xarici siyasəti nəticəsində iki ölkə arasında qurulmuş yüksək səviyyəli münasibət qeyd olunub. Forum çərçivəsində Azərbaycan və Gürcüstan arasında gələcək əməkdaşlıq yolları da müzakirə olunub.

Tədbir ümummilli liderin xatirəsinə həsr olunmuş Qala-konsertlə başa çatıb.

Geniş təmir və rebrendinq işlərindən sonra “Radisson Hotel Baku” yenilənmiş konsepsiyada müştərilərin xidmətindədir

“Park Inn by Radisson” brendi altında çoxsaylı qonaq və bizneslərin rəğbəti və qüvənini qazanan otel artıq daha bir pillə yüksələrək ölkədə ilk “Radisson” brendi kimi öz fəaliyyətinə davam edəcək. Yeni dəbdəbəli lobbi və restorana malik olan otel Bakının işgüzar və əyləncə həyatının tam mərkəzində yerləşir və özündə Skandinaviya qonaqpərvərliyi konsepsiyasını təcəssüm edir.

Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov Türkiyə Qolf Federasiyası ilə əməkdaşlıq müqaviləsini imzalayıb.

Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov Türkiyə Qolf Federasiyası ilə əməkdaşlıq müqaviləsini imzalamaq üçün Türkiyəyə səfər edib. İmzalanma İstanbuldakı Ataşehir golf klubunda baş tutub.

İmzalamada Azərbaycan Qolf Federasiyasının və Türkiyə Qolf Federasiyasının prezidentləri Rauf Xəlilov və Yıldırım Dəmirörən, həmçinin Türkiyə Qolf Federasiyasının İdarə Heyətinin üzvləri İsmayıl Həsən Akçakayalıoğlu, Murat Karaduman, İdarə Heyətinin sədr müavini Serhat Soysal, Azərbaycan Qolf Federasiyası Anar Əzimov və Azərbaycan Qolf Federasiyasının baş katibi Leyla Abbasova iştirak edib.

Müqavilə qolfçuların beynəlxalq səviyyədə yarışmalarda iştirak etməyə şərait yaratmaq, ölkədə idmançıların sayını artırmaq, texniki məsələlərdə qarşılıqlı köməklik etmək və Azərbaycanda qolfun daha da böyüməsinə və inkişafına zəmin yaratmaq məqsədilə imzalanıb.

Tezliklə – Bakıda ilk “Radisson Hotel”!

“Park Inn by Radisson” otelinin rebrendinqi başa çatmaq üzrədir. Bakının işgüzar və əyləncə həyatının mərkəzində yerləşən əlamətdar otel ölkənin ilk “Radisson” oteli olmaqla, on ildən çox tarixinin yeni səhifəsini açacaq.

Artıq otelin üç mərtəbəsi ən son brend standartlarına uyğun tam təmir edilərək qonaqların istifadəsinə verilib. Yeni foyenin, eləcə də innovativ konsepsiyaya malik tamamilə yeni restoranın təmiri də başa çatmaq üzrədir.

Skandinaviya rahatlığı və yüksək səviyyəli xidməti ilə seçilən tamamilə yeni otel tezliklə paytaxtımızın qonaqlarına təqdim olunacaq.