Elektromobil və hibrid avtomobillərin yürüşü keçirilib!

Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliylərinin təşkilatçılığı və ISR Holding, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə elektromobil və hibrid avtomobillərin yürüşü keçirilib.

İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər. Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.