ISR HOLDING

Без рубрики

Məşhur BYD HAN Hybrid DM-I lüks sedanlarının öncədən sifarişinə start verilir!

“ISR Auto”nun bir hissəsi olan “Electrify Azerbaijan” şirkəti korporativ müştərilər üçün məşhur BYD HAN Hybrid DM-I lüks sedanlarının öncədən sifarişinə start verir. Tam elektrik BYD HAN modellərinin öncədən sifarişi də qısa zamanda başlayacaq. Ətraflı məlumat almaq üçün QR kodu skan etmək kifayətdir.

Əlaqə:
+994 50 225 94 65
[email protected]

Elektromobil və hibrid avtomobillərin yürüşü keçirilib!

Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliylərinin təşkilatçılığı və ISR Holding, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə elektromobil və hibrid avtomobillərin yürüşü keçirilib.

İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər. Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında elektroenergetika sektorunun payı, atmosferə atılan tullantıların azaldılması tədbirləri, elektrik enerjisi istehsalında şərti yanacağa qənaət, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə kimi istiqamətləri əhatə edən təqdimat nümayiş etdirilib.

“ISR Holding” və “EY” şirkətləri “EY İlin İş Adamı” klubunun üzvləri üçün görüş keçiriblər.

Görüş zamanı “ISR Holding”in maliyyə direktoru Tariyel Rüstəmov və qrup maliyyə nəzarətçisi və “1C” layihə rəhbəri Hilola Kalandarova iştirakçılara “1C Enterprise” platformasının funksional imkanlarını təqdim ediblər və proqramın praktiki istifadəsi ilə bağlı məlumat veriblər.

“1C” sistemi biznesin idarə edilməsində rahat həllər tapmaq üçün istifadə edilən etibarlı platformadır. Hazırda həm dünyada, həm də ölkəmizdə informasiyanın toplanması və təhlili məsələləri çox aktualdır. “ISR Holding” proqramın Azərbaycanda rəsmi distribütorlarından biri olaraq “1C” platformasının quraşdırılmasında yüksək səviyyəli xidmət göstərir. Platforma artıq “Hilton Baku”, “FoodCity”, “BCC” və digər şirkətlərin sisteminə uğurla inteqrasiya olunub.

“PARFOIS” artıq 28 Mall-da!

Məşhur aksessuar brendi “PARFOIS” ən yeni konsepti ilə artıq Bakıda!

Minimalist estetikaya sahib olan yeni mağaza müştərilərə çoxsaylı kolleksiyalara aid olan müxtəlif və daimə artan geyim kateqoriyalarını təqdim edir.

Mağazanın 28 Mall-da keçirilən açılış mərasimində “HR Success” şirkətinin strateji tərəfdaşı Nizar Darviş və “Retail Group Azerbaijan”ın ölkə üzrə direktoru Zara Deht Hamu iştirak ediblər.

Brend 1994-cü ildə Portuqaliyada geyim və aksesuar markası olarag yaradılmışdır və 25 il sonra 70 ölkədə 1000-dən çox mağaza ilə təqdim olunur. Markanın yaradıcısı Manuela Medeiros-un xəyalı bütün qadınlar üçün müstəsna moda aksesuarları yaratmaq idi və brendin uğurunu nəzərə alaraq bu xəyalın qerçəkləşməsinin tam əminliklə vurğulamaq olar.

“Costa Coffee” artıq Azərbaycanda!

Dünyada tanınmış “Costa Coffee” kofe şəbəkəsi artıq Azərbaycandadır!

Yarım əsrlik tarixə malik dünyaca məşhur Britaniya brendi “Costa Coffee” nəhayət ki Azərbaycanda fəaliyyətinə başlayır.

Azərbaycanda brendin françayzinq sahibləri qismində “Moonwake” investisiya şirkəti ilə birlikdə “ISR Holding” çıxış edirlər.
3 noyabr ISR şirkətlər qrupunun direktoru Rauf Xəlilov və “Costa Coffee” şirkətinin Avropa və Yaxın Şərq üzrə icraçı direktoru Qordon Movat əməkdaşlıq müqavilə imzalayıblar.

“Hər kəs bilsin, həyat davam etsin!”

Oktyabr bütün dünyada süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, süd vəzi xərçəngi 2021-ci ildən etibarən qlobal miqyasda ən çox yayılmış xərçəng növüdür. Eyni zamanda bu xəstəliyin erkən diaqnostikası xəstələrin sağ qalma ehtimalını 90%-ə qədər artıra bilər. Bu səbəbdən daha çox insan həyatını xilas etmək üçün süd vəzi xərçəngi haqqında məlumat paylaşmaq, maarifləndirmə işləri aparmaq çox vacibdir.

Bu il Azərbaycanda Səhiyyə Nazirliyi, TƏBİB, Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Hər kəs bilsin, həyat davam etsin!” devizin altında aksiya təşkil olunmuşdur.

“ISR Holding” olaraq sosial məsuliyyət məsələləri şirkətin iş strukturunda mühüm yer tutur. Mövcud olduğu illər ərzində şirkətlər qrupu çoxsaylı sosial və xeyriyyə tədbirlərində iştirak etmiş və iştirak etməkdə davam edir.

“Park Inn by Radisson” yenidən “Forbes” siyahısında

“Park Inn by Radisson Hotels” “Forbes” nəşrinin qlobal qiymətləndirilməsində “Travel & Leisure” (səyahət və istirahət) kateqoriyasında iki il ardıcıl olaraq “Best Employer” (ən yaxşı işəgötürən) reytinqində 4-cü, bütün sənayelər üzrə reytinqdə isə 129-cu yerə layiq görüldü. Bununla da hotellər şəbəkəsi dünyanın ən yaxşı 3 mehmanxana şirkətindən biri olaraq qonaqların və sahibkarların güvən etdiyi brendə çevrilib.

“Park Inn by Radisson” dünyanın müxtəlif nöqtələrində səyahətçilər üçün ən münasib şərait – stresssiz qonaqlama, yüksək keyfiyyətli qida və ən komfortlu yaşayış təmin edən hotel brendidir.

Azərbaycanda “ISR Holdinq” tərəfindən təmsil olunan “Park Inn by Radisson” Bakının biznes və əyləncə həyatının mərkəzində yerləşərək paytaxt qonaqlarına şəhər və Xəzər dənizi mənzərəli 255 otaq təklif edir.

Rauf Xəlilov #SACCI-nin strateji əməliyyatlar komitəsinin həmsədri seçilib

Sentyabrın 21-də Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının Baş Assambleyası keçirilmişdir.

“ISR Holding”in baş icraçı direktoru Rauf Xəlilov Palatanın strateji əməliyyatlar komitəsinin həmsədri seçilib.

İclasda palatanın fəaliyyəti ilə bağlı hesabatlar təqdim olunub, gələcək inkişaf planları müzakirə edilib. İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası hər iki ölkənin sahibkarları arasında körpü rolunu oynayacaq və Azərbaycan və İsveçrənin biznes strukturları arasında strateji əlaqələrin inkişafına töhfə verəcək.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Şuşada

14 sentyabr 2022-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının açıq iclası keçirilib.

İclasda “ISR Holding”in baş icraçı direktoru və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Məşvərət Şurasının üzvü Rauf Xəlilov da iştirak edib.

Görüş zamanı Qarabağ regionunun iqtisadiyyatının bərpasında İsrail və Azərbaycan şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. İsrail şirkətlərinin nümayəndələri İsrail təcrübəsinə və texnologiyasına əsaslanan potensial birgə layihələrlə bağlı fikirlərini bölüşüblər. Görüşün davamında İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının gələcək planları və fəaliyyətinin perspektivləri ilə bağlı açıq müzakirə aparılıb.

Tədbir çərçibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rauf Xəlilov “CIG Turkey” komandasının qonağı olub

Səfər zamanı o, yük maşınları parkı ilə yaxından tanış olub, şirkətin inkişaf planlarını müzakirə edib, həmçinin əla işlərinə görə kollektivə təşəkkürünü bildirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Caspian Impex Group Türkiyədə yerləşən, özünün yük maşınları parkına malik olan və dünya standartlarına uyğun yüksək səviyyəli xidmətlər göstərən logistika və yükdaşıma şirkətidir.