ISR HOLDING

aze_news

Gürcüstanın iqtisadiyyat naziri BYD nümayəndələri ilə görüşüb

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili BYD Çinin Avropa üzrə baş direktoru İsbrand Ho və BYD-ni regionda təmsil edən İSR Holdinqin baş direktoru cənab Rauf Xəlilov ilə görüşüb. İqtisadiyyat nazirinin müavinləri – İrakli Nadareişvili və Quram Quramişvili.

İclasda qeyd edildiyi kimi, dünyanın ən böyük elektromobil, avtobus və elektrik akkumulyator istehsalçılarından biri olan BYD Corporation regionda genişlənməyi planlaşdırır və Gürcüstanı biznes inkişafın məkanlarından biri hesab edir.

Cənab Mikayıl Cabbarov “BYD” nümayəndələri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho və BYD şirkətinin regionda təmsil edən ISR Holdinqin baş icraçı direktoru Rauf Xəlilov ilə görüşüb.

Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub.

BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycanda elektriklə işləyən avtobuslar, hibrid və tam elektrikli avtomobillərin yığılması müəssisəsinin yaradılması məsələləri müzakirə olunub.

Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib

Fevralın 10-da Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib.
İclasda Gənclər və İdman Naziri Fərid Qayıbov və federasiyanın üzvləri iştirak ediblər.

Səsvermə nəticəsində Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. İclasda Anar Əzimov federasiyanın vitse-prezidenti, Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov idarə heyətinin üzvləri seçiliblər.

İtalyan hiti “KIKO Milano” artıq “Dəniz Mall”da!

Açılış mərasimində VIP qonaqlar Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Dr. Hamad A.S. Xudair və “İSR Holdinq”in baş direktoru cənab Rauf Xəlilov “RGA Alhokair” şirkətinin ölkə direktoru Zara Decht Hamou ilə birlikdə açılışı lenti kəsməklə başladılar.
“KIKO Milano” məftunedici axşamdan, sadə hər günə qədər istənilən görünüş yaratmaq üçün geniş çeşiddə kosmetika təqdim edir.
Dünyanın incəsənət, moda və dizayn beşiyi olan Milanın atmosferindən və ənənəsindən ilham alaraq, “KIKO” ən son tendensiyaları özündə birləşdirir və onları bütün dünyadakı qadınlara çatdırır. Keyfiyyət və yaradıcılığı – əsl italyan zəkasını – qlobal ideyalar və həllər ilə məharətlə birləşdirir.

Bakıda ilk dəfə – 100% elektriklə işləyən “BYD” avtobusu!

Dünya şöhrətli və dünyanın ən sürətlə inkişaf edən avtomobil şirkətlərindən biri olan “BYD” Azərbaycanda “ISR Holdinq”in qanadı altında “Electrify Azərbaycan” şirkəti ilə təmsil olunur.

Çinin ən böyük yüksək texnologiyalı və avtomobil brendlərindən biri kimi “BYD” artıq özünü etibarlı, təhlükəsiz və dəbdəbəli avtomobil istehsalçısı, eləcə də elektronika, alternativ enerji, hibrid və elektrik nəqliyyat vasitələri sahəsində qabaqcıl tərtibatçı kimi təsdiqləyib. “BYD” elektrik avtobuslarını artıq London, Amsterdam kimi bəzi böyük Avropa şəhərlərində, həmçinin Macarıstan və Almaniyanın bəzi şəhərlərində də görmək olar.

Eko-nəqliyyatın inkişafı və istehsalı şirkətin əsas istiqamətlərindən biridir. Məlum olduğu kimi, ekoloji təmiz nəqliyyat məsələləri ölkəmiz üçün çox aktualdır və Azərbaycan “Paris Sazişi”nə əsasən 2030-cu ilə qədər İXQ emissiyalarını 35% azaltmağı öhdəsinə götürüb.

Beləliklə, ilk dəfə olaraq Bakı küçələrində yeni 100% elektriklə işləyən sıfır emissiyalı “BYD” avtobusu peyda olacaq. 80 nəfərdən çox tutumu olan bu müasir avtobus həm vətəndaşların keyfiyyətli daşınmasını təmin etməyə, həm də təzə dizaynı ilə paytaxtın mənzərəsinə parlaq rənglər qatmağa imkan verəcək.

12 avqust Xəzər Dənizi günü kimi qeyd olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzər Dənizinin Mühafizəsində Həmrəyik” şüarı ilə keçirilən aksiyaya “ISR Holding” və holdinqin tərkibinə daxil olan “Park İnn by Radisson”, “Azəryod” MMC və “Toyota Bakı Mərkəzi” kimi şirkətlərin nümayəndələri qoşulub.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının iclası keçirilib

“Hilton Baku” otelində “İSR Holdinq”in sponsorluğu ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının iclası keçirilib. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayev, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Məşvərət Şurasının üzvləri Rauf Xəlilov, İlqar Vəliyev, Məmməd A. Abbasbəyli və prezident Aleks Kaplun iştirak ediblər.